Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakların satışı ilə bağlı hərraclarda iştirak etmək üçün elektron formada sifarişlərin verilməsi qaydaları
- Hərracda iştirak etmək istəyən istifadəçi elektron hökumət portalında yerləşən Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi elektron xidmətlər bölməsinə daxil olur. Portalda “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakların satışı” bölməsini tıklayır.
- İstifadəçi E-hökumət portalına aşağıdakı giriş vasitələrindən birini seçməklə daxil ola bilər:
1.Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilmiş elektron imza kartı ilə daxil olma;
2. ASAN imza ilə daxil olma;
3.Elektron hökumət sistemi tərəfindən vətəndaşa verilmiş istifadəçi adı və şifrə ilə daxil olma;
4.Smartfon və planşetlər üçün mobil autentifikasiya sertifikatı ilə daxil olma;
5.Smartfon vasitəsilə daxil olma.
- Elektron hökumət portalına daxil olduqdan sonra dövlət mülkiyyətinə keçən əmlakların satışı üzrə hərraclar bölməsində yerləşən aktiv hərraclardan biri seçilir.
- Seçilmiş əmlak barədə məlumat əldə etmək üçün “Ətraflı” düyməsindən istifadə olunur.
- Sonrakı mərhələdə ekranda hərracda iştirak qaydaları barədə məlumat görünür. İstifadəçi ekranda açılan “Hərracda iştirak qaydaları” ilə tanış olduqdan sonra davam etmək üçün “Razıyam” rejimi seçir.
- Seçilmiş əmlak barədə ətraflı məlumatla tanış olduqdan sonra “Sifariş ver” düyməsi tıklanır.
- İstifadəçi ekranda açılan “Sifariş” blankındakı məlumatların düzgünlüyünü yoxladıqdan sonra “Beh ödə” düyməsi vasitəsilə növbəti səhifəyə keçir.
- Açılan səhifədə ödəniləcək məbləğ və kartın tipi qeyd edildikdən sonra “İrəli” düyməsi tıklanır.
- Növbəti mərhələdə xidmət haqları ilə tanış olduqdan sonra istifadəçi “Ödəyirəm” düyməsini tıklayır.
- Ekrana gələn səhifədə plastik kartdakı məlumatlar müvafiq xanalara daxil edilir və “İrəli” düyməsi seçilir.
- Əməliyyat uğurla başa çatdıqdan sonra onlayn ödəmə yolu ilə 10 faiz behin ödənilməsi barədə istifadəçiyə təsdiqetmə bildirişi təqdim edilir.